Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdikdən sonra növbəti məhdudlaşdırıcı tədbirlər paketi üzərində işləməyə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
O, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işin başladığını təsdiqləyib və Avropa İttifaqının "yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini" bəyan edib.