Aİ ölkələri Türkiyəyə qarşı sanksiyalar barədə razılığa gələ bilməyib

Avropa İttifaqı ölkələri keçirdikləri sammitdə Suriyadakı hərbi əməliyyatlar səbəbi ilə Türkiyəyə qarşı tətbiq olunacaq ümumi sanksiyalar barədə razılığa gələ bilməyib.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının gələcək rəhbəri, Belçikanın baş naziri Şarl Mişelin bəyanatında deyilir.

"Bəzi səbəblərə görə hazırkı mərhələdə sanksiyalarla bağlı daha da irəliyə getmək mümkün deyil", - o deyib.

Eyni zamanda Ş.Mişel Aİ-nin Türkiyənin Suriyada əməliyyatlar keçirməsi ilə bağlı aydın mövqeyə malik olduğunu da əlavə edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37