Luici di Maio Avropa İttifaqının (Aİ) Fars körfəzi regionu üzrə ilk xüsusi nümayəndəsi təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Yeni xüsusi nümayəndənin vəzifəsi Aİ-nin region ölkələri ilə güclü, hərtərəfli və strateji tərəfdaşlığını daha da inkişaf etdirmək olacaq.
İlkin olaraq 21 aylıq mandata malik olacaq Luici Di Maio vəzifəsinin icrasına iyunun 1-dən başlayacaq.
Qeyd edək ki, Di Maio 2019-2022-ci illərdə İtaliyanın xarici işlər naziri vəzifəsində çalışıb.