Avropa İttifaqının (Aİ) Brüsseldə bu gün keçiriləcək sammitində koronavirusla mübarizə, o cümlədən vaksinasiya, enerji qiymətləri müzakirə olunacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Sammitdə həmçinin Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya və Ukrayna sərhədindəki vəziyyət diqqət mərkəzində olacaq.
Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Belarusla sərhəddə miqrant problemini də müzakirə edəcəklər.
Sammit Brüsseldə tam ştat formatında keçiriləcək.