Bakı. 14 iyul. REPORT.AZ/ İran və "altılıq" dövlətləri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranın nüvə proqramı ilə bağlı razılıq əldə ediblər. "Report" xəbər verir ki, bu barədə öz "twitter" səhifəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini yazıb.
"İranla danışıqlar başa çatıb. Biz razılıq əldə etmişik", - Mogerini yazıb.