Avropa İttifaqının dövlət və hökumət başçıları miqrasiyanın qarşısını almaq üçün tədbirlər haqqında razılığa gələ bilməyiblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Bizim miqrasiya ilə bağlı yekun sənədimiz yoxdur. İki ölkə - Polşa və Macarıstan hesab edir ki, miqrasiya paktı səbəbindən yekun sənədi təsdiqləməyə hazır deyillər”, - Ş.Mişel bildirib.
Belə ki, Polşa və Macarıstan miqrantların məcburi köçürülməsi ilə razı deyillər. Bu ölkələrin liderləri effektiv miqrasiya ilə bağlı konsensusun tapılması və köçürmənin könüllülük əsasında həyata keçirilməsini irəli sürür.