Aİ iyulun ortalarına qədər 420 milyon doza peyvənd istehsal edəcək

Avropa İttifaqı (Aİ) iyul ayının ortalarına qədər 420 milyon doza koronavirus peyvəndi istehsal etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasında peyvənd siyasətini kurasiya edən daxili bazar məsələləri üzrə komissar Tyerri Breton bildirib.

“İyulun 15-dək 420 milyon doza koronavirus peyvəndi istehsal edə biləcəyimizə ümid edirik. Bu, kollektiv immuniteti təmin etmək üçün kifayət edəcək”, - T.Breton LCI telekanalının efirində deyib.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28