ABŞ Silahlı Qüvvələri Əfqanıstandan insanların təxliyə edilməsi əməliyyatının son mərhələsinə qədəm qoyub.
"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər ABŞ hərbi nəqliyyat təyyarələri ilə minə yaxın insan Kabil hava limanında təxliyə edilməsini gözləyir.
Mülki şəxslərin təxliyəsinin bazar günü başa çatdırılması planlaşdırılır.