ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.
Bu barədə “Report” “NBC News” telekanalına istinadən xəbər verir.
“Bayden administrasiyası ABŞ-ın artıq rəsmi Kiyevə göndərdiyi hərbi yardımdan əlavə, Ukraynaya yeni ABŞ hərbi yardım paketi də hazırlayıb”, - deyə telekanal bildirib.
Ağ Evin sözçüsü Cen Psaki isə bildirib ki, ABŞ ölkəsinin müdafiəsini gücləndirmək üçün yaxın aylarda Ukraynaya hərbi yardımı davam etdirəcək.
Qeyd edək ki, bu il ABŞ-ın Ukraynaya 300 milyon ABŞ dollar həcmində hərbi yardım göstərəcək.