Malavidə güclü yağış və fırtına olub, 30 nəfər ölüb, 22 min ev dağılıb

Afrikanın cənubunda yerləşən Malavidə güclü yağış və fırtına nəticəsində 30 nəfər ölüb, 124 nəfər isə yaralanıb. 

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Malavinin təhlükəsizlik naziri Nikolas Dausi bildirib.

Onun sözlərinə görə, 22 min ev dağılıb, 11 nəfər itkin düşüb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10