Cənubi Afrika Respublikasında (CAR) daha 116 nəfər koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zveli Mxize bildirib.
Onun sözlərinə görə, martın 18-dək bu virusa yoluxanların sayı 85 nəfər olub.
Qeyd edək ki, CAR hakimiyyəti vətəndaşlarını İtaliya, İran, Cənubi Koreya, İspaniya, Almaniya, ABŞ, Britaniya və Çin səyahət etməkdən çəkinməyə çağırıb.