Afrika İttifaqı ECOWAS-ın Nigerdə hərbi əməliyyata başlamaq qərarını dəstəkləyir

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​hərbi əməliyyata başlamaq qərarını dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

M.F.Mahamat Nigerdəki mövcud vəziyyətdən narahatlığını ifadə edib, Prezident Məhəmməd Bazumu, onun ailə üzvlərini və hökuməti dərhal azad etməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Fil Dişi Sahili Respublikasının Prezidenti Alassan Uattara bildirmişdi ki, ECOWAS liderləri Nigerdə ​​ən qısa zamanda hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10