ABŞ zirehli briqadası Polşada daimi yerləşdiriləcək

Polşa Müdafiə Nazirliyi ölkənin cənub-qərbində Tşeben kəndi yaxınlığında Amerika zirehli briqadasının daimi yerləşdirilməsi üçün baza yaratmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu NATO-nun İnvestisiya Departamentinin direktoru, Polşanın briqada generalı Dariuş Mendrala deyib.

Onun sözlərinə görə, Polşada ABŞ-ın zirehli briqadasının daimi yerləşdirilməsi üçün şərait yaradılması nəzərdə tutulur:

“Bu investisiyalar yaxın illərdə həyata keçiriləcək və prioritet hesab olunur. Bu, 4,8 min hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş daimi infrastruktura əsaslanan düşərgə olacaq”.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03