ABŞ YUNESKO-dan çıxıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ hakimiyyəti YUNESKO üzvlüyündən çıxmaq haqqında qərar qəbul edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, 2011-ci ildə Fələstin YUNESKO-ya üzv qəbul edildikdən sonra ABŞ və İsrail buna qarşı çıxıblar. 

Qeyd edək ki, Birləşmiş Ştatların bu təşkilata borcu 500 milyon dollara çatıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10