Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları fonunda son bir neçə gündə 9 000-dən çox ABŞ vətəndaşı Yaxın Şərqi tərk edib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Dövlət Departamenti geri qayıdan təxminən 300 nəfərin İsraildə olduğunu dəqiqləşdirib. Vaşinqton əvvəllər bölgədəki amerikalılar üçün təxliyə uçuşları təşkil etmək niyyətində olduğunu açıqlayıb.