ABŞ və müttəfiqləri F-16 qırıcılarını Kiyevə köçürmək niyyətindədir

ABŞ müttəfiqləri ilə birlikdə Kiyevə F-16 qırıcılarını ötürmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən NBC telekanalı məlumat yayıb.

Qırıcıların Kiyevə təhvil verilmə vaxtı barədə məlumat yoxdur, həmçinin F-16-nın tədarükçüsü kimi hansı ölkələrin çıxış edəcəyi və onlardan neçəsinin Ukraynaya gedəcəyi də məlum deyil. Bu barədə qərar yaxın aylarda veriləcək.

Bildirilir ki, Qərb ölkələrinin Ukraynaya təhvil verməyi planlaşdırdığı F-16-lar Kiyevin əks-hücumunda istifadə edilməyəcək. Onlar ölkənin təhlükəsizliyinin gücləndirilməsi üzrə uzunmüddətli proqram çərçivəsində tədarük ediləcək.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28