ABŞ Prezidenti Cozef Bayden və Çin sədri Si Sinpin “G 20”nin sammitində iştirak etməyəcək.
“Report” xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, Cin Xarici İşlər Nazirliyindən bildirilib ki, zirvə toplantısında Si Sinpinin yerinə dövlət şurasının baş naziri Li Syan iştirak edəcək.
Bildirilib ki, noyabrın 22-də “G 20”lnin virtual sammitini Hindistanın Baş naziri Narendra Modi aparacaq. Rusiya Prezidenti Vladimir Putin tədbirə onlayn qatılacaq.