ABŞ administrasiyası Kiyevə 350 milyon dollarlıq hərbi yardım paketinin transferini başa çatdırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə bildirib.
Bununla yanaşı, əvvəlcə elan edilən 200 milyon dollarlıq yardım artıq Ukraynaya çatıb.
Kirbi qeyd edib ki, hazırda 800 milyon dollarlıq hərbi yardım artıq Ukraynaya gəlməyə başlayıb.