ABŞ Ukraynaya 200 milyon dollardan çox yardım ayırıb

ABŞ Prezidenti Cozef Bayden Kiyevə 225 milyon dollar yardım ayrıldığını açıqlayıb.

"Report" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“ABŞ Prezidenti Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi açıqlayıb. Bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski ona təşəkkür edib”, - agentlik qeyd edib.

Bildirilib ki, Bayden hazırda Fransada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirir. ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Antoni Blinken də danışıqlarda iştirak edir.

Qeyd edək ki, yardım paketinin məzmunu hələ rəsmi şəkildə açıqlanmayıb.

Digər xəbərlər

Kir Starmer Qətərdədir 10 aprel, 2026 / 16:46