​ABŞ Suriyanın Homs şəhərindəki terror aktını pisləməkdən imtina edib

Bakı. 14 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Suriyanın Homs şəhərində baş verən terror aktını pisləyə bilməyib.

"Report" xəbər verir ki, BMT-nin mənzil qərargahındakı mənbənin məlumatına görə, sənədin mətni ABŞ nümayəndələrini qane etməyib.

"Amerikanın nümayəndə heyəti sənəddə Rusiya tərəfi üçün yersiz olan məqamlara düzəliş olunmasını təklif edib. Yekunda bəyanat qəbul olunmayıb", — deyə TASS mənbənin sözlərini sitat gətirib.

Hər iki ölkənin diplomatik nümayəndəlikləri şərh verməkdən çəkinib.

Xatırladaq ki, Homsda törədilən terror aktı 16 nəfərin həyatına son qoyub.

Digər xəbərlər