ABŞ Suriyada Əsədə sadiq qüvvələrin mövqelərini bombalayıb - YENİLƏNİB - VİDEO

Suriyada silahlı qarşıdurma nəticəsində rejimin bir hərbçisi öldürülüb. 

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Suriyanın Haseke bölgəsində qeydə alınıb. 

Məlumata görə, ABŞ təyyarələri Hasekedə Bəşşar Əsədə sadiq qüvvələrə məxsus iki hərbi obyekti vurub.


*** 14:50

ABŞ Suriyanın şimalında Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalayır. 

“Report” “News Observatory”yə istinadən xəbər verir ki, əməliyyatları ABŞ-ın Hərbi Hava Qüvvələri gerçəkləşdirir. 

Məlumata görə, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərində rejim qüvvələri və ABŞ patrul xidməti arasında qarşıdurma baş verib. 

Bu səbəbdən əraziyə ABŞ-ın Hərbi Hava Qüvvələri də cəlb edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10