ABŞ Suriyada həbsxanaya hava zərbəsi endirib, 40-dan çox məhbus ölüb

Bakı. 30 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların İŞİD terror təşkilatının Suriyadakı həbsxanasına endirdiyi zərbə nəticəsində 40-dan çox dustaq həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Al-Masdar" agentliyi məlumat yayıb.

Həbsxana Fərat çayı sahilində yerləşən Məyadin şəhərindədir.

Bildirilir ki, ölənlərin heç biri İŞİD terrorçusu deyil. Bununla belə, ABŞ iddia edir ki, zərbə Deyr Əz-Zorda onların mövqelərinə vurulan ziyanı nəzərə alaraq, Məyadinin terrorçuların yeni paytaxtı ola biləcəyinə dair yaranan əndişələrdən irəli gəlib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12