ABŞ Rusiya ilə məhbusların mübadiləsi ilə bağlı danışıqlar apara bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Biz mənalı bir təklif irəli sürdük. Təklif odur ki, xoşməramlı danışıqlar aparmaq istəyirik. Biz buna ən qısa zamanda nail olacağımıza zəmanət vermək istəyirik”, - Jan-Pyer bildirib.
O əlavə edib ki, ABŞ administrasiyası Rusiya hökumətinin həbsdə olan amerikalı vətəndaşların mübadiləsi ilə bağlı təkliflərinə cavabını qeyri-ciddi hesab etmir.