ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Əfqanıstanın Parvan bölgəsinin Baqram rayonuna düşüb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Əfqanıstandakı qoşunlarının mətbuat xidməti yayıb.
PUA NATO-nun Baqram rayonunda yerləşən Hərbi-Hava Qüvvələrinin yaxınlığında boş əraziyə düşüb.
Aparatın texniki nasazlıq səbəbindən düşdüyü bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Düşən PUA-nın modeli barədə məlumat açıqlanmayıb.