Tramp Si Cinpinlə görüşdən sonra böyük irəliləyişlərin olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinin Amerikaya səfərindən sonra Vaşinqtonun böyük irəliləyişlər əldə etdiyini bildirib.

"Report"un məlumatına görə, Donald Tramp bu açıqlamanı İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə verib.

"Sədr Si Cinpinlə inanılmaz görüş keçirdik. Əslində, bu, iki gün davam edən uzun görüş idi. Biz böyük irəliləyişlər əldə etdik", - Tramp deyib.

Onun sözlərinə görə, görüş sayəsində bir çox yaxşı şeylər baş verir, o cümlədən Amerika fermerləri üçün.

Digər xəbərlər