​ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obmanın Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, o, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin başçıları ilə görüşəcək.

ABŞ prezidenti onlarla Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək.

Qeyd edək ki, 6 günlük rəsmi səfər zamanı Barak Obama Səudiyyə Ərəbistanından sonra Britaniya və Almaniyaya yola düşəcək.

Ağ Evin məlumatına görə, Londonda prezidentə xanımı Mişel Obama da qoşulacaq.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03