ABŞ Prezidenti: İran üçün hər şey bitib

ABŞ-nin səyləri sayəsində 200-dən çox kommersiya gəmisi Hörmüz boğazından rahat keçə bilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.

"Ötən ay mən ABŞ Silahlı Qüvvələrinə neft tankerləri və digər kommersiya gəmilərinin Hörmüz boğazından müşayiət olunması üzrə məxfi missiyanı yerinə yetirməyi tapşırdım. Bu gün məmnuniyyətlə elan edirəm ki, bu səylər sayəsində 100 milyondan çox barel neft boğazdan keçərək açıq bazara daxil olub", - bəyanatda bildirilib.

Onun sözlərinə görə, bu uğurlu nəticə Hörmüz boğazına İranın deyil, ABŞ-nin nəzarət etməsi sayəsində əldə olunub.

"Onların ordusu darmadağın edilib, iqtisadiyyatları isə məhv olub. İran üçün hər şey bitib!". - ABŞ lideri əlavə edib.

Digər xəbərlər

Vuçiç Baş nazir olmaq istəyir 11 iyun, 2026 / 00:15