ABŞ-nin maliyyə naziri Skott Bessent Birləşmiş Ştatların defolta doğru getdiyinə dair iddiaları rədd edib.
“Report” xəbər verir ki, maliyyə naziri bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
"İnsanlar ABŞ-də vəziyyətin nəzarətdən çıxdığını, ABŞ-nin defolta doğru getdiyini deməsinlər. Bu, doğru deyil", - nazir bildirib.
O, həmçinin ölkənin külli miqdarda dövlət borcundan narahatlığını bildirib.