ABŞ Konqresinə 51-ci ştatın yaradılması üzrə qanun layihəsi daxil edilib

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ Konqresi Puerto-Rikonun 51-ci ştat hüququ əsasında dövlətin tərkibinə daxil edilməsinə dair qanun layihəsini nəzərdən keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Amerika parlamentinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, sənəd Puerto-Rikonun Konqresin Aşağı Palatasındakı nümayəndəsi Cennifer Qonsales-Kolon və daha 37 konqresmen tərəfindən daxil edilib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43