ABŞ hərbçilərinin İranın dəniz blokadasının iyulun 14-də bərpa edilməsindən sonra istiqamətini dəyişdirdiyi ticarət gəmilərinin sayı 55-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
"Avqustun 9-na olan məlumata görə, CENTCOM qüvvələri dəniz blokadasının tətbiqini təmin etmək məqsədilə 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmini sıradan çıxarıb və iki gəmiyə daxil olub", - məlumatda qeyd olunub.
Avqustun 8-də CENTCOM 51 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini bildirmişdi.