ABŞ institutu: “Rusiya qoşunları hücumla bağlı prioriteti dəyişib”

“Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları ilə bağlı prioriteti ciddi şəkildə dəyişib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Rusiya ordusu Baxmut yaxınlığında hücum əməliyyatını əhəmiyyətli dərəcədə ləngidib və əvəzində səylərini digər istiqamətlərə, xüsusən də Avdeyevka bölgəsinə yönəldib”, - ABŞ institutunun ekspertləri hesab edirlər.

Bildirilib ki, Rusiya qoşunları indi Avdeyevkanı mühasirəyə almaq üçün bu yaşayış məntəqəsi ətrafında hücum əməliyyatlarının sürətini artırır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09