Bakı. 19 mart. REPORT.AZ/ ABŞ-da partlayış olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Texas ştatında, Ostin şəhərində qeydə alınıb.
Partlayış nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hələlik hadisənin səbəbi barədə məlumat verilmir.