ABŞ-ın Suriyanı bombalaması nəticəsində 11 dinc sakin ölüb

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 25-də ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şimalında yerləşən Tabaka şəhərini bombalaması nəticəsində 11 dinc sakin ölüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məsdər" agentliyi məlumat yayıb.

Hadisə raketlərdən birinin minik avtomobilinə dəyməsi sbəbindən baş verib. Onların arasında uşaqlar da olub. Dinc sakinlər terrorçuların nəzarəti altında olan şəhərdən qaçırlarmış.

Məlumat öz rəsmi nəsdiqini tapmayıb.

Digər xəbərlər