ABŞ-ın müdafiə naziri xəstəxanadan evə buraxılıb

Yanvarın 1-də xəstəxanaya yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Ostin bazar ertəsi xəstəxananı tərk edib:

“Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, - bəyanatda deyilir.

Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

Digər xəbərlər