ABŞ-ın Liviyadakı səfirliyinin yaxınlığında yanğın olub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli şəhərindəki ABŞ səfirliyi yaxınlığında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğın qruplar arasında toqquşmalar zamanı başlayıb, həmçinin hadisə yerindən atışma səslərinin gəldiyi bildirilir.

Qeyd edək ki, Tripolidə avqustun 26-dan davam edən döyüşlər nəticəsində 50-yə yaxın insan ölub, 140-a qədər yaralı var.

Digər xəbərlər