Vaşinqton Amerika vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib və ABŞ-ın Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarına ölkəni tərk etməsinə icazə verib.
Bu barədə “Report” ABŞ Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
Açıqlamada qeyd edilib ki, gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ əməkdaşlarının ailə üzvlərinin və Beyrutdakı səfirliyin bəzi əməkdaşlarının könüllü olaraq müvəqqəti ölkəni tərk etməsinə icazə verilməsi barədə qərar qəbul edilib.
Vurğulanıb ki, yalnız fövqəladə hallarla bağlı tapşırıqları yerinə yetirməyən işçilərin ölkəni tərk etməsinə icazə verilir.