​ABŞ-ın Kubadakı həbsxanası bağlanacaq

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın Kuba ərazisindəki hərbi bazasının ərazisində yerləşən Quantanamo həbsxanası bağlanacaq.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin təmsilçisi Tom Krosson bildirib.

Onun sözlərinə görə, hazırda həbsxanada 91 məhbus var.

Qeyd edək ki, bu həbsxana 2002-ci ildə ABŞ Əfqanıstanda "əl-Qaidə"yə qarşı əməliyyatlara başlayandan sonra yaradılıb. Üçüncü ölkədə terrorçuluqda şübhəli bilinənlər Quantanamoda saxlanılıblar.

ABŞ prezidenti Barak Obama bu həbsxananın bağlamaq istəsə də, Konqresdən icazə ala bilməyib. 

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13