ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında özünü partladacağını bildirən şəxs saxlanılıb

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında naməlum şəxs özünü partladacağı ilə hədələyib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, şəxsiyyəti müəyyənləşdirilməyən şəxs "üzərimdə partlayıcı var" – deyə ətrafdakıları təhdid edib. Əraziyə polis cəlb edilib və o saxlanılıb.

"Hürriyyət" isə həmin şəxsin Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər hansı təhlükənin olmadığını müəyyənləşdiriblər.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər