ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib

“Sepah” generalı Qasım Süleymaninin ölümü ilə bağlı ABŞ-ın İraqdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Report” bu barədə “Fox News”ə istinadən xəbər verir.

Bundan əvvəl İraqda ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyat zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani raket zərbələri nəticəsində həlak olub.

Bu barədə xəbər yayılandan sonra ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində alt yazı vermədən dövlət bayrağının şəklini yerləşdirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09