KİV: ABŞ-ın İraqdakı 5 hərbi bazası raket atəşinə tutulub

İraqın qərbindəki Anbar əyalətində yerləşən ABŞ-ın 5 hərbi bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Anbardakı Ayn-əl-Əsəd rayonundakı hərbi bazaların raket atəşinə tutulması nəticəsində itki və dağıntı olmayıb.

Məlumata görə, həmin hərbi hissələrdə terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq məqsədi ilə 5 min ABŞ hərbçisi yerləşdirilir.

İŞİD 2014-cü ildə Mosul şəhəri də daxil olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişdi. 2017-ci ilin dekabrında həmin ərazilərin böyük hissəsi bu terrorçu qruplaşmadan təmizlənib. Bununla belə, onların Kərkük, Diyala, Səlahəddin və Anbar əyalətləri ətrafına hücumlarının davam etdiyi bildirilir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10