ABŞ-ın Braziliyadakı konsul müavini qarət zamanı yaralanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Amerikanın Braziliyadakı konsul müavini xanım Stefani Masland Bolen Rio-de-Janeyro ştatında qarətə cəhd zamanı ayağından yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən "Globo" telekanalı məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında Anqra-dus-Reys kurort şəhəri yaxınlığından keçən yolda baş verib. Hücum zamanı maşında diplomatın yanında olan həyat yoldaşı zərər çəkməyib. Konsul müavini xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat yoxdur.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09