"Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin hərbi cinayətkar olmasına dair kifayət qədər sübut var”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Baş prokuroru Merrik Qarland Senatda dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, “Vaqner” Donbasda Ukrayna vətəndaşlarına qarşı çoxsaylı cinayətlər törədib: “Həmin qruplaşma həmçinin Rusiya həbsxanalarından məhbusların qanunsuz olaraq cəbhəyə göndərilməsinə görə məsuliyyət daşıyır. Onların fəaliyyəti ABŞ-a da ziyan vurur”.
Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatı 2014-cü ildə yaradılıb. Şərqi Avropada müharibə başladığı gündən bu qruplaşmanın üzvləri Rusiya tərəfindən döyüşür.