ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayır

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ hökuməti İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib.

"Dövlət katibi Mayk Pompeo əməkdaşların Bəsrədəki konsulluğu tərk etməsi barədə sərəncam verib", — deyə o əlavə edib.

Noyert həmçinin qeyd edib ki, ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə və onun ətrafında olanlara konsulluq xidməti göstərəcək.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10