ABŞ əsgərləri Somalidən çıxır

Amerika lideri Donald Tramp ABŞ əsgərlərinin 2021-ci ilin əvvəlinə qədər Somalidən çıxarılması ilə bağlı göstəriş verib.

“Report”un məlumatına görə, bu barədə “ Wall Street Journal” mənbələrə istinadən xəbər verib.

Nəşrin təxminlərinə görə, hazırda Afrika ölkəsində 700 Amerika əsgəri var.

Qeyd olunub ki, hərbçilər digər dövlətlərə göndəriləcək.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09