ABŞ Əfqanıstanda İŞİD-in 4 komandirinin öldürüldüyünü bildirib

Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib.

“Report” xəbər verir ki, bu barədə "Reuters" Kabildəki ABŞ komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş "İŞİD-Xorasan" qrupunun rəhbəri Abdul Rəhman məhv edilib.

"Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir", - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib. Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12