ABŞ dövlət katibi Entoni Blinken və Çin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ diplomatiyasının şefi tviterdə yazıb.
“İki ölkə arasındakı rəqabəti məsuliyyətlə idarə etmək səylərimizdən, Rusiyanın Ukraynaya qarşı müharibəsindən və Haitiyə dəstəkdən danışdıq”, - E.Blinken qeyd edib.