Amerikalı diplomatların ailələrinə Belarusu tərk etmək tövsiyə olunub. Buna səbəb kimi Rusiya qoşunlarının Ukrayna ətrafında cəmləşməsi göstərilib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
“Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya oraya səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə gərginliyin artdığını bilməlidirlər”, - məlumatda vurğulanıb.
Eyni zamanda amerikalılara nümayişlərdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, Qərb Ukraynaya mümkün hücum zamanı Rusiyanın Belarusu da proseslərə cəlb etməsindən narahatdır.