ABŞ dəyəri 2,7 mlrd. dollar olan sualtı qayığı istifadəyə verib

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ hakimiyyəti Hərbi Dəniz Qüvvələrinə məxsus "İllinoys" qabaqcıl sualtı qayığını istifadəyə verib.

"Report" xəbər verir ki, gəminin tikintisi 5 il davam edib, onun dəyəri 2,7 milyard dollardır.

Bu tip qayıqlar dərinlikdə hərbi əməliyyatların aparılması və sahilyanı əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Təntənəli mərasimdə ABŞ-ın birinci xanımı Mişel Obama iştirak edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10