Kaliforniya ştatının Ferfild şəhərində (ABŞ) "Solano Town Center" ticarət mərkəzindəki "Spirit Halloween" mağazasında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Report" Ferfild polisinə istinadən xəbər verir ki, yaralılar yerli xəstəxanalara çatdırılıb, onlardan 3-ü kritik vəziyyətdədir.
Xəsarət alanların şəxsiyyəti hələlik müəyyən edilməyib. Polis hadisəni araşdırmaqda davam edir.