ABŞ-nin Arizona ştatındakı kiçik bir hava limanında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Marana şəhərinin meri Con Posta istinadən "NBC news" məlumat yayıb.
O qeyd edib ki, hazırda həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.
Onun sözlərinə görə, təyyarə uçuş-enmə zolağından kənara çıxaraq alışıb.
Şəhər rəhbərliyinin nümayəndəsi Vik Heteuey təyyarənin göyərtəsində iki nəfərin olduğunu bildirib. Onların kimliyi müəyyənləşdirilməyib.
Marana polisinin məlumatına görə, insident zamanı digər hava gəmilərinə ziyan dəyməyib.